Prezident İlham Əliyev Azərbaycan və İsrail XİN arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” Protokolu təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan və İsrail XİN arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” Protokolu təsdiqləyib
# 03 iyun 2014 20:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında” 2014-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsinin təmin edilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR