İranda 3 azərbaycanlı fəal həbs edilib

İranda 3 azərbaycanlı fəal həbs edilib
# 05 noyabr 2013 11:07 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 3 azərbaycanlı fəal həbs edilib. APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, noyabrın 4-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Təbriz şəhərində Həsən Dəmirçi, Hüseyn Əli Məhəmmədi və Taha Kermanini tutub.

Tanınmış azərbaycanlı bəstəkar, 72 yaşlı Həsənağa Azərbaycani kimi də tanınan H.Dəmirçi noyabrın 4-də səhər saatlarında evində həbs edilərək naməlum istiqamətə aparıblar. Onun nədə ittiham edildiyi açıqlanmayıb. H.Dəmirçi Təbriz Şəhər Məhkəməsi tərəfindən 6 ay şərti həbs cəzasına məhkum olunub. Bəstəkar Güney Azərbaycanda baş vermiş son zəlzələdə ziyan çəkən ailələrə maddi yardım toplamaqda, qanunsuz yollarla Azərbaycan musiqisinin tədrisi ilə məşğul olmaqda, ölkədə və xaricdə separatçı qruplarla əlaqə saxlamaqda, azərbaycanlı fəallarla görüşməkdə və dövlət quruluşuna qarşı təbliğatda təqsirləndirilib.

H.Məhəmmədi və T.Kamrani noyabrın 4-də günorta saatlarında həbs ediliblər. ETTELAAT əməkdaşları H.Məhəmmədini atasının evinə gələrək özləri ilə aparıblar. T.Kermani isə polis idarəsinə müraciət etdikdən sonra tutulub və ETTELAAT-ın Təbrizdəki şöbəsinin təcridxanasına salınıb. Hər iki azərbaycanlı fəal əvvəllər də həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR