Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi saxlanılıb

Gürcüstan-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi saxlanılıb
# 24 sentyabr 2013 19:30 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün məntəqənin rəisi Kaxaber Musenidze vəzifəsindən sui-istifadə ittihamı ilə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Nazirlikdən verilən məlumata görə, istintaq nəticəsində həmin gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib.


“İstintqın gedişi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzenin tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədlər olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklənmiş və ümumi dəyəri 10 103 lari (6 min dollara qədər) olan, iş adamına məxsus avtomobili gömrük yoxlama və nəzarəti olmadan buraxıb”, deyə nazirliyin məlumatında bildirilib.

Gürcüstan Cinayət Məcəlləsinin 332 maddəsi ilə vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR