“Rəvan Sığorta”nın sabiq baş mühasibinin məhkəməsi başlayıb

“Rəvan Sığorta”nın sabiq baş mühasibinin məhkəməsi başlayıb
# 22 noyabr 2013 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) baş mühasibi vəzifəsində işləmiş Nazim Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, N. Zeynalov ASC-yə məxsus 224 min 843 manat məbləğində pulu mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR