“Bank Avrasiya” nizamnamə kapitalını artırır

“Bank Avrasiya” nizamnamə kapitalını artırır
# 07 may 2014 06:24 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Bank Avrasiya”nın adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 500 manat, sayı 20 000 ədəd, emissiyanın ümumi həcmi isə 30 000 000 manat təşkil edir.

Emissiya bankın hər birinin nominal dəyəri 1 100 manat olan 20 000 ədəd (ümumi həcmi 22 mln. manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində bankın nizamnamə kapitalı 36,4% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR