Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub
# 26 fevral 2014 09:46 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Əliasdan Quluzadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR