Lənkəran-Lerik yolunda torpaq uçqunu baş verib, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb - VİDEO

Lənkəran-Lerik yolunda torpaq uçqunu baş verib, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2013 08:10 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 7.00 radələrində qeydə alınıb.

Dağdan qopan torpaq uçqunu eni 6 metr olan şose yolunun tamamilə bağlanmasına səbəb olub. Nəticədə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Onların səyləri sayəsində yolda nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda bərpa-təmizlənmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR