“Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimat mərasimi keçirilib - VİDEO - FOTO

“Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimat mərasimi keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 07 oktyabr 2013 08:45 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən SAM əməkdaşı Araz Qurbanovun müəllif olduğu “Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” kitabının təqdimat mərasimi olub.

APA-nın xəbərinə görə, SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, kitabda bəhs olunan mövzu çox maraqlıdır, çünki su Azərbaycanın strateji maraqlarına və hədəflərinə təsir edən amillərdən biridir: "Su məsələsi hər zaman Azərbaycan üçün aktual olub, çünki ölkəmizin su ehtiyatları Cənubi Qafqazda ən aşağı səviyyədədir. Azərbaycanın gələcək inkişafını nəzərə alsaq, bu məsələyə strateji baxışın formalaşdırılması vacibdir. Su hüquqi, siyasi, iqtisadi məsələdir. Bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi vacibdir. Eyni zamanda Azərbaycanın su strategiyasının formalaşdırılmasına dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də öz töhfəsini verməlidir".

AMEA-nın müxbir üzvü, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov da kitabın əhəmiyyətindən danışıb. O, Azərbaycanın su ehtiyatlarının qonşu ölkələrə nisbətən az olduğunu, amma vəziyyətin o qədər də böhranlı olmadığını deyib.

Prezident Administrasiyasının əməkdaşı Ərəstu Həbibbəyli suyun geosiyasi faktor olduğunu vurğulayıb. Kitabla bağlı danışan PA təmsilçisinin sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji, su təcavüzü ətraflı şəkildə kitabda əksini tapıb: “Beynəlxalq təşkilatlara bununla bağlı faktların təqdim olunmasına baxmayaraq, təəssüf ki, hələ də adekvat reaksiya verilməyib”.

Çıxışçılar SAM və AMEA Coğrafiya İnstitutunun təşkilatçılığı ilə 2013-cü ilin noyabr ayında bu məsələyə dair beynəlxalq elmi-praktik konfransın keçirilməsini təklif ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR