Azərbaycanda ali məktəblərə qəbul planı artıb

Azərbaycanda ali məktəblərə qəbul planı artıb
# 15 may 2014 08:46 (UTC +04:00)

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 2013-cü ildə ali məktəblərə ayrılan qəbul planı 36537 olub.

Ötən il I qrup üzrə 11596, II qrup üzrə 10094, III qrup üzrə 10397, IV qrup üzrə isə 4450 yer ayrılıb.

Bu il isə ali məktəblərə ayrılan qəbul planı 37956 yer təşkil edir. Bu il I qrupa 12052, II qrupa 10969, II qrupa 10453, IV qrupa isə 4482 yer ayrılıb. Bu, ötən illə müqayisədə 1419 yer və ya 3,88 faiz çoxdur.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək internet vasitəsilə aparılacaq.

İxtisas

qrupu

Qəbul planı (illər üzrə)

2013

2014

fərq

sayı

%-lə

I

11596

12052

456

+3.93

II

10094

10969

875

+8.67

III

10397

10453

56

+0.54

IV

4450

4482

32

+0.72

CƏMİ

36537

37956

1419

+3.88

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR