ABŞ xüsusi təyinatlıları 1998-ci ildə Amerikanın səfirliklərinə edilən hücumların təşkilatçısını tutub

ABŞ xüsusi təyinatlıları 1998-ci ildə Amerikanın səfirliklərinə edilən hücumların təşkilatçısını tutub
# 06 oktyabr 2013 04:18 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NBC News telekanalı məlumat yayıb.

Saxlanılan terrorçu daha çox Anas əl-Libi adı ilə tanınır (əsl adı Nazih Əbd-əl-Hamid ər-Ruhai). Qeyd edək ki, ABŞ bu şəxsi 10 ildən çox axtarıb, hətta onun saxlanılması üçün 5 mln. dollar məbləğində mükafat vəd edib.

New York Times kanalının məlumatına görə, əməliyyat ABŞ hərbçiləri, MKİ və FTB əməkdaşları ilə birgə həyata keçirilib.

Anas əl-Libi azı 1994-cü ildən “Əl Qaidə”nin üzvüdür. O təşkilatın lideri Üsamə Bin Ladenin ən etibarlı tərəfdarlarından biri olub. Hesab olunur ki, məhz o 1998-ci ildə Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə edilən hücumların təşkilatçısı. Qeyd edək ki, o zaman hücum zamanı 12 amerikalı və 220-dən çox keniyalı öldürülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR