Təbriz Universitetində İŞİD-in cinayətlərinə etiraz aksiyası keçirilib

Təbriz Universitetində İŞİD-in cinayətlərinə etiraz aksiyası keçirilib
# 23 iyun 2014 09:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Təbriz Universitetində etiraz aksiyası keçirilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, iyunun 21-də bir qrup tələbə “İraq-Şam İslam Dövləti”nin (İŞİD) qüvvələrinin törətdikləri cinayətləri pisləmək məqsədilə ali təhsil müəssisəsinin binası qarşısında toplanıblar.

Onlar əllərində türk və fars dillərində etiraz cümlələri yazılmış plakatlar tutaraq “İŞİD-ə yox!”, “Biz zorakılıqdan uzaq azad region istəyirik!”, “Terrorizmə yox!” və s. şüarlar səsləndiriblər. Aksiya bəyanatın oxunması ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR