Bakıda 9-cu mərtəbədən yıxılan şəxs xilas olunub

Bakıda 9-cu mərtəbədən yıxılan şəxs xilas olunub
# 11 iyul 2013 12:28 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 9-cu mərtəbədən yıxılan şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq ağacın budaqları arasına düşüb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası dərhal hadisə yerinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü 1 nəfər ağacın budaqları arasında sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı ağacdan endirib və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Xilasetmə əməliyyatı saat 08:52-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR