Gəncədə narkotik tərkibli bitki becərən şəxs saxlanılıb

Gəncədə narkotik tərkibli bitki becərən şəxs saxlanılıb
# 17 iyul 2014 10:13 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə kirayə yaşadığı evdə narkotik tərkibli bitkilər becərən, bir neçə dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı şəhər sakini saxlanılıb.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1957-ci il təvəllüdlü şəhər sakini Namiq Musayevin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idarəyə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində N. Musayevin kirayədə yaşadığı Əziz Əliyev küçəsi 323 saylı evin həyətindən xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilən, ümumi çəkisi 251 kiloqram olan 502 ədəd narkotik tərkibli bitki aşkar olunub. Saxlanılan şəxsin daimi yaşadığı Ozan küçəsi 108 saylı evə baxış zamanı oradan kibrit qutusunda qurudulmuş marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR