Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib   - <span style="color: red;">NƏTİCƏLƏR
# 01 oktyabr 2014 22:46 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ilk turda olduğu kimi azarkeşlər yenə 4 qrupda 8 oyuna tamaşa ediblər.

Azərbayan futbol sevərləri üçün əsas diqqət Londona yönəlmişdi. İngiltərənin paytaxtında qardaş ölkə Türkiyənin ÇL-də yeganə təmsilçisi “Qalatasaray” “Arsenal”ın qonağı olub. Qrupun start matçında İstanbulda “Anderlext”in müqavimətini qıra bilməyən “Cim-Bom” bu dəfə “Dumanlı Albion”a 3 xal arxasıyca getmişdi ki, buna da nail ola bilməyib.

Qarşılaşmada “Qalatasaray” darmadağın olub - 4:1.

D qrupunun digər görüşündə isə Belçikanın “Anderlext” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gəlib. Oyunun fovariti hesab edilən almanlar gənc heyət qarşısında çətinlik çəkməyib. Matçda 3 cavabsız qol vuran dortmundlular meydandan qalib ayrılıb.

4 dəfə ÇL-nin qalibi olmuş “Real” isə səfərdə “Ludoqorets”i 2:1, “Bazel” evində”Liverpul”u 1:0 hesabı ilə məğlub edib. “Yuventus” “Atletiko”ya 0:1, “Benfika” isə “Bayer”ə 3:1 hesabı ilə uduzub.

Günün ən erkən oyunu isə Rusiyada baş tutub. İlk turda Portuqaliyada “Benfika”nı 2:0 hesabı ilə məğlub edib, aktivinə 3 xal yazdıran “Zenit” bu dəfə “Monako” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun başladığı kimi də sona çatıb – 0:0.

Çempionlar Liqası

II tur

1 oktyabr (çərşənbə)

A qrupu

“Malmö” – “Olimpiakos” - 2:0

Qollar: Rosenberq, 42; 82

“Atletiko” – “Yuventus” - 1:0

Qol: Arda, 75

B qrupu

“Ludoqorets” – “Real” - 1:2

Qollar: Marselino, 6 - Ronaldo, 25, Benzema 77

“Bazel” – “Liverpul” - 1:0

Qol: Streller, 52

C qrupu

"Zenit – “Monako” - 0:0

“Bayer” – “Benfika” - 3:1

Qollar: Kiblinq, 25, Son Heunq-Min, 34, Çalhanoğlu, 63-pen - Salvio, 62

D qrupu

“Anderlext” – “Borussiya” - 0:3

Qollar: İmmobile, 3, Ramos, 70; 79

“Arsenal” – “Qalatasaray” - 4:1

Qollar: Uelbek, 22; 30; 52, Sançes, 41 - Burak, 63

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR