Xaçmazda biçilmiş taxıl sahəsi yanıb

Xaçmazda biçilmiş taxıl sahəsi yanıb
# 25 sentyabr 2015 20:52 (UTC +04:00)

Bakı-APA. Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonu, İlxıçı Həsən Əfəndi kəndində bələdiyyəyə məxsus ərazidə 60 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Qonşu ərazilər yanğından mühafizə olunub. Yanğın saat 18:25-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR