Azərbaycanda elektron lisenziya portalının yaradılmasına başlanır

Azərbaycanda elektron lisenziya portalının yaradılmasına başlanır
# 11 iyun 2016 07:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan İqtisadiyyat Nazirliyi “Elektron Lisenziya” portalının yaradılması məqsədi ilə tender keçirir.

APA-Economics”in məlumatına görə, tenderdə iştirak etmək istəyənlər 1000 manat iştirak haqqı ödəməlidir.

Tenderin şərtlərinə görə, iştirakçıların satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmalı, maliyyə durumu qənaətbəxş olmalı ( son ildə azı 2 milyon dövriyyə olmalı), vergilər və digər icbari analoji hökumət ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri olmamalıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri iyulun 19-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR