Lənkəranda qızıl oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib

Lənkəranda qızıl oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib
# 02 avqust 2016 14:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda qızıl oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib. Bunu APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov bildirib. Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində oğurluqlar edərək, vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirləndirilən dəstə üzvləri yaxalanıb.

İlkin araşdırmalardan məlum olub ki, Lənkəran rayon sakini Sadiq Mənsur oğlu Əhmədov tanışları Şadıq Bəxtiyar oğlu Məmmədli və Ruslan Azad oğlu Abdullayev ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran rayonunun Gərmətük qəsəbə sakinləri Məzahir Şahab oğlu Nurullayevin, Kəmalə Əlibala qızı Nurullayevanın, Qızbəs Bayram qızı Vahabovanın, Gülnarə Beytulla qızı Qasımovanın yaşadıqları evlərə qanunsuz girərək, ev sahiblərinin mənzillərindən külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqla onlara xeyli ziyan vurublar.

Fakt üzrə Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR