Tovuz rayonununda yabanı halda bitən bir tondan çox çətənə kolu məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,2 tona yaxın olan 3219 ədəd çətənə kolu aşkarlanıb.