Azərbaycan prezidenti Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
# 23 oktyabr 2014 12:19 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir N. Rodiç fəxri qarovul dəstəsinin qarşısından keçib.

Diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Səfir N. Rodiç ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR