On min dollar dəyərində uşaq bezləri oğurlayan amerikalı həbs edilib

On min dollar dəyərində uşaq bezləri oğurlayan amerikalı həbs edilib
# 18 aprel 2015 08:32 (UTC +04:00)

APA-nın “CBS New York”-a istinadən verdiyi məlumata görə, onun törətdiyi əməllər nəticəsində supermarketlərə dəyən ziyan 10 min dolları keçib.

Nyu-Yorkun Bruklin rayonunun sakini niyyətini ştrix-kodları dəyişərək, məhsulları daha ucuz qiymətə almaqla həyata keçirib. O, bu üsulla 99 dollar olan bir paket uşaq bezini 1 dollara alıb. Daha sonra oğurladığı məhsulu küçədə satıb.

“Bu şəxs özünün də dediyi kimi, Nyu-York, Nyu-Cersi və Konnektikutda bütün Stop&Shop mağazalarından oğurluq edib”,- deyə prokuror Dayana Peress bildirib.

Prokurorun sözlərinə görə, son yarım ildə Kevin Harqrouv 100-dən çox oğurluq hadisəsi törədib.

24 yaşlı amerikalı oğurluqla yanaşı, sənədləri saxtalaşdırmaqda da günahlandırılır. Lakin gənc afroamerikalı özünü günahkar saymayıb, uşaq bezlərini yalnız öz uşaqları üçün oğurladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR