“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsində Heydər Əliyev irsinin rolu” mövzusunda tədbir keçirilib - FOTO

“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsində Heydər Əliyev irsinin rolu” mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTO
# 08 may 2015 08:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir.

APA-nın xəbərinə görə, belə tədbirlərdən biri də mayın 7-də Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsində Heydər Əliyev irsinin rolu” mövzusunda tədbir olub.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyevə həsr olunan Aşıq Şəmşirin “Zərli tac kamallı başa yaraşır” şerləri əsasında hazırlanmış video çarxa baxıblar.

Tədbiri “Aşıq Şəmşir Mədəniyyət Ocağı”nın sədr müavini Həbib Misirov açıb və bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında xidmətləri olan Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur.

“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ən layiqli davamçısı olan İlham Əliyev prezident seçiləndən sonra gənclərə olan diqqət və qayğı artan xətlə davam etməkdədir”, - deyə H. Misirov bildirib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Qalib Yaqubov da çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb.

Professor Şahlar Əsgərov bildirib ki, Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur: “Bu həqiqəti Heydər Əliyevin qurub-yaratdığı müasir Azərbaycanın vətəndaşı olan hər bir şəxs, xüsusən, gənc nəsil layiqincə dərk etməlidir”.

Millət vəkili Fəzail Ağamalı isə vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır.

“Biz hamımız bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir”, - deyə F.Ağamalı bildirib.

Professor Məhərrəm Qasımlı mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib: “Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər”.

Son olaraq professor Abuzər Xələfov Azərbaycanın siyasi suverenliyinin, iqtisadi müstəqilliyinin əsasının məhz 1970-80-ci illərdə qoyulmuş möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykəndiyini bildirib.

“Bu potensial müstəqillik illərində də möhkəmlənib, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına güclü təkan verib. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Azərbaycana qayıdan Heydər Əliyev müstəqilliyimizi nəinki qoruyub saxlayıb, onu dönməz və əbədi edib”, - deyə A. Xələfov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR