"SOCAR Georgia": Azərbaycandan Gürcüstana təbii qaz idxalı ilə bağlı heç bir problem yoxdur

"SOCAR Georgia": Azərbaycandan Gürcüstana təbii qaz idxalı ilə bağlı heç bir problem yoxdur
# 21 iyul 2015 11:49 (UTC +04:00)

"APA-Economics" xəbər verir ki, "SOCAR Georgia"nın yaydığı məlumatda qeyd edilib ki, Azərbaycandan Gürcüstana təbii qaz idxalı ilə bağlı heç bir problem yoxdur. "SOCAR Georgia" bildirir ki, bu tip əsassız məlumatların yayılması neqativ nəticələrə səbəb ola bilər.

Məlumatda deyilir ki, Azərbaycanla Gürcüstan arasında enerji sahəsində strateji əməkdaşlıq uzun illər bundan öncə başlayıb və bu gün də uğurla davam etdirilir: “Bu günə qədər bu əməkdaşlıq heç bir təhlükə ilə üzləşməyib. İki ölkənin hökumətləri arasında uzunmüddətli qaz tədarükü ilə bağlı razılaşma əldə olunub və razılaşmadan irəli gələn bütün öhdəliklər yerinə yetirilir. Bu əməkdaşlıq Azərbaycan-Gürcüstan dostluq münasibətlərinə də öz müsbət təsirini göstərir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR