Zaqatalada avtomobil atı vurub, üz nəfər xəsarət alıb

Zaqatalada avtomobil atı vurub, üz nəfər xəsarət alıb
# 09 sentyabr 2016 07:23 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində ikisi ağır olmaqla üç nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, sentyabrın 8-də saat 22:45 radələrində rayonun Aşağı Tala kəndinin mərkəzi avtomobil yolunda kənd sakini, 1992-ci il təvəllüdlü Həbibullah Sərdar oğlu Həmzəyev idarə etdiyi “VAZ 2106” markalı 62 BE 102 dövlət nömrə nişanlı avtomobillə qarşısına çıxan atı vurub. Hadisə nəticəsində avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı tut ağaclarına çırpılıb.

Nəticədə sürücü, avtomobildə olan sərnişinlər rayonun Aşağı Tala kənd sakini, 1990-cı il təvəllüdlü Mühüddin Nurəddin oğlu Tahirov və Zaqatala şəhər sakini, 1991-ci il təvəllüdlü Leyla Nadir qızı Ömərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıblar. MRX-dan APA-ya bildirilib ki, Mühüddin Tahirov və Leyla Ömərovanın vəziyyətləri ağır olduğundan onlar reanimasiya şöbəsinə, Həbibullah Həmzəyev isə travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR