Azərbaycan sığortaçılarının topladığı haqların ¼-i həyat sığortasının payına düşür

Azərbaycan sığortaçılarının topladığı haqların ¼-i həyat sığortasının payına düşür
# 18 may 2015 07:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 25,2%-i və ya 41,9 mln. manatı həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı 2,6% böyüyüb.

Həyat sığortasındakı yığımların təxminən 51,3%-i və ya 21,5 mln. manatı həyatın yaşam sığortasının, 35,6%-i və ya 14,9 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 12,8%-i və ya 5,4 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3%-i və ya 137 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb. 4 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 18 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 31%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 7,8 dəfə çoxdur. Həyat sığortası üzrə ödənişlərin təxminən 90,3%-i və ya 16,3 mln. manatı həyatın yaşam sığortasının, 5,2%-i və ya 942 min manatı həyatın ölüm halından sığortasının, 4,5%-i və ya 812 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb. Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 43,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 5,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR