Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 4 mini ötüb

Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 4 mini ötüb
# 27 aprel 2015 20:29 (UTC +04:00)

Bakı-APA. Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 mini ötüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın daxili işlər nazirliyindən bildiriblər.

Məlumata əsasən, 7 min nəfər tibbi yardım üçün səhiyyə müəssisələrinə müraciət edib.

Bununla belə Himalay dağında 4,9-6,9 bal gücündə zəlzələlər davam etməkdədir. Yeraltı təkanların episentrinin Hindistanın Qərbi Benqaliya ştatına keçdiyi bildirilir. Nepal əhalisi isə hələ ki, küçələrdə gecələmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR