Elektron informasiya sistemində qeydiyyatdan keçən əmək müqaviləsi bildirişinin sayı açıqlanıb

Elektron informasiya sistemində qeydiyyatdan keçən əmək müqaviləsi bildirişinin sayı açıqlanıb
# 27 avqust 2014 11:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni elektron informasiya sistemində qeydiyyatdan keçib.

APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, işəgötürənlər arasında aparılan çoxşaxəli məlumatlandırma işlərinin müsbət nəticəsi olaraq, hər gün qeydiyyatdan keçən bildirişlərin sayı əvvəlki günə nisbətən xeyli çox olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR