İtaliya sahillərində qəzaya uğrayan səyahət gəmisində külli miqdarda kokain olub

İtaliya sahillərində qəzaya uğrayan səyahət gəmisində külli miqdarda kokain olub
# 31 mart 2015 08:51 (UTC +04:00)

Bakı - APA. 2012-ci ildə İtaliya sahillərində qəzaya uğrayan “Costa Concordia” səyahət gəmisində külli miqdarda kokain olub.

APA-nın xəbərinə görə, bu iddia ilə mafiyanın danışıqlarının yazısını əldə etmiş “La Repubblica” (İtaliya) qəzeti çıxış edib.

Danışıqlar İtaliyanın maliyyə polisi tərəfindən yazılıb. İstintaq hesab edir ki, Latın Amerikasından gələn narkotik partiyaları səyahət gəmilərinə Dominikan, Peru, Panama və Florida limanlarında ərzaq adı ilə yüklənib. “Costa Concordia”nın göyərtəsinə narkotik yükünü yerləşdirməkdə laynerin ekipajı kömək edib.

Xatırladaq ki, “Costa Cruises” (“Costa Crociere”) şirkətinə məxsus “Costa Concordia” gəmisi 2012-ci ilin yanvarın 14-nə keçən gecə İtaliyanın Toskana vilayəti yaxınlığındakı Cilyo adası ətrafında qəzaya uğrayıb. Hadisə baş verən anda gəminin göyərtəsində 4200 nəfər sərnişin olub. Qəza nəticəsində 32 nəfər həlak olub.

Qrosetto şəhər məhkəmənin qərarı ilə gəminin sahibi olan “Costa Crociere” şirkətin böhran mərkəzinin koordinatoru Roberto Ferrarini 2 il 10 ay, bort restoranın direktoru Manriko Camperdoni 2,5 il, komandirin baş köməkçisi Çiro Ambrozio, gəminin zabiti Silviya Koronika və sükançı Yakob Ruslin Bin 1,5 il, gəminin kapitanı Françesko Skettino isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR