Azərbaycanda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25 mini ötüb

Azərbaycanda güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25 mini ötüb
# 03 mart 2015 09:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri olan “Xalq kompüteri” layihəsi bu il də davam etdirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economicsə” verilən məlumata görə, artıq layihə çərçivəsində güzəştli şərtlərlə əldə olunan kompüterlərin sayı 25300-ə çatıb.

“Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR