Əyyub Quliyevin Sankt-Peterburq Dövlət Filarmonik orkestri ilə konserti keçirilib

Əyyub Quliyevin Sankt-Peterburq Dövlət Filarmonik orkestri ilə konserti keçirilib
# 28 may 2015 06:56 (UTC +04:00)

Ə. Quliyevin APA-ya verdiyi məlumata görə, konsert “Musiqi Olimpi” XX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub. Konsertdə tanınmış gənc musiqiçilər, beynəlxalq müsabiqələr laureatları Vasilisa Berjanskaya (soprano, Rusiya), İştvan Varday (violonçel, Macarıstan) və Çi Ko Xan (Koreya) iştirak ediblər.

Festival 18 ölkədən 35 musiqiçini əhatə edib. Gənc ifaçılarla yanaşı, Evelin Qlenni və Zaxar Bron kimi dünya şöhrətli musiqiçilərin çıxışı da festivalın proqramında yer alıb.

Qeyd edək ki, festival çərçivəsində digər konsertlər Sankt-Peterburqun məşhur konsert salonlarında - Mariinski Teatrı, Dövlət Akademik Filarmoniyası, Ermitaj Teatrı və Dövlət Kapellasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR