Lənkəran Dövlət Universitetində "Azərbaycan multikulturalizmi” fənninin tədrisinin vəziyyəti yoxlanılıb

Lənkəran Dövlət Universitetində "Azərbaycan multikulturalizmi” fənninin tədrisinin vəziyyəti yoxlanılıb
# 24 aprel 2015 12:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Lənkəran Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqini aparıb.

Mərkəzdən APA-ya verilən məlumata görə, dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən semestr ərzində iki dəfə monitorinq aparılır.

Mərkəzdən bildiriblər ki, Lənkəran Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənnini universitetin Humanitar və Pedaqoji elmlər fakültəsi Tarix və Fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov tədris edir. Lənkəran Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqinin aparılması üçün BBMM-in əməkdaşı, fəlsəfə doktoru Rəşad İlyasov ezam edilib. Monitorinq zamanı Rəşad İlyasov Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, elmi işlər üzrə prorektor Ramiz Şəmmədov, Humanitar və pedaqoji elmlər fakültəsinin dekanı dosent Kamran Kazımovla görüşüb.

Daha sonra universitetdə bu fənn üzrə təhsil alan tələbələrin iştirakı ilə görüş keçirilib. Görüş zamanı tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib. Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və onlara BBMM tərəfindən hazırlanan hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR