BVF: 85 milyard avro Yunanıstan üçün kifayət etməyə bilər

BVF: 85 milyard avro Yunanıstan üçün kifayət etməyə bilər
# 15 iyul 2015 01:25 (UTC +04:00)

Bakı-APA. Yeni yardım proqramı çərçivəsində Yunanıstana ayrılacaq 85 milyard avro ölkəyə kifayət etməyə bilər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondundan (BVF) bildiriblər.

Fondun araşdırmalarına əsasən, maliyyə vəziyyətinin sabitləşməsi üçün beynəlxalq kreditorlar yeni, daha yüksək rəqəmləri nəzərdən keçirməli olacaqlar.

Fonddakı mənbənin sözlərinə görə, çox güman ki, Yunanıstana borclarının tam qaytarılması üçün 30 illik möhlət veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR