Bank Of Baku

Ümumdünya Qaçqınlar Günü münasibətilə tədbir keçirilib

Ümumdünya Qaçqınlar Günü münasibətilə tədbir keçirilib
# 20 iyun 2018 16:35 (UTC +04:00)

Bakıda 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibətilə tədbir keçirilib. 

 

APA-nın xəbərinə görə, əvvəlcə qaçqınların acı həyatını əks etdirən tamaşa nümayiş etdirilib.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio De Angelis açılış nitqində deyib ki, tədbirə bu cür tamaşa ilə başlamaqda əsas məqsəd dünyadakı qaçqınların yaşadığı iztiraba və onların ümumi vəziyyətinə diqqət çəkməkdir.

 

Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin tədbirə ünvanladığı videomüraciət təqdim edilib.

 

Baş nazirin müavini Əli Əhmədov çıxışında Azərbaycanda qaçqın və məcburi  köçkün probleminin dövlətin diqqətində olduğunu bildirib və beynəlxalq ictimaiyyəti bu problemi  yaradan səbəbləri aradan qaldırmağa  çağırıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən  Rzayev bundan sonra da qaçqın və köçkünlərin  dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qaçqın probleminin qlobal problem olduğunu  və qlobal yanaşma tələb etdiyini xüsusi qeyd edib. V. Hüseynov  bildirib ki, indi əsas diqqət qaçqın probleminin səbəblərinə deyil, nəticələrinə  yönəldilib. O, Azərbaycanda qaçqın statusu alan əcnəbilərin olduğuna diqqət çəkərək deyib ki, onların saxlanılması, problemlərinin həlli ölkənin diqqətindədir: “On iki dövlət orqanının təmsil etdiyi işçi qrupu var ki, onların təminatı ilə bağlı bütün məsələlərlə məşğul olur.  Qaçqınların yeganə ümidi bizim, cəmiyyətin, beynəlxalq təşkilatların yanaşmasıdır. Mən Dağlıq  Qarabağın geri qaytarılacağına və Azərbaycanın qaçqın, məcburi köçkün  probleminin həllini tapacağına da ümid edirəm”.

 

Tədbirin sonunda məcburi köçkün gənclərin təqdimatında rəqs nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR