Tiflisdə “Qafqazda təbiətin ekoloji regional mühafizə planı” adlı konfrans keçirilir

Tiflisdə “Qafqazda təbiətin ekoloji regional mühafizə planı” adlı konfrans keçirilir
# 29 iyun 2016 06:40 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkilatçılığı və Almaniya Yenidənqurma və Bərpa bankının maliyyə dəstəyi ilə Tiflisdə 20 il müddətinə “Qafqazda təbiətin ekoloji regional mühafizə planı” hazırlanır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ötən gün təşkil olunan regional konfransda işçi qrupu səviyyəsində 6 ölkənin ekspertləri Qafqazda təbiətin gələcək 20 il üçün ekoloji mühafizə planını hazırlamaq üçün toplaşıblar. Tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının, ekologiya nazirliyinin, Naxçıvandan gələn elm adamları və QHT sektorunun nümayəndələri, ümumiyyətlə, 6 nəfər təmsil edir. Məlumata görə, Azərbaycan biomüxtəliflik cəhətdən 35 regionun ön sırasında durur.

Tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, İran, Türkiyə, Almaniya və Gürcüstan ekspertləri iştirak edir.

Regional konfransda “Qafqazda təbiətin ekoloji regional mühafizə planı”na region və Cənubi Qafqaz ölkələri daxil olduğu bildirilib və bu planın 2004-cü ildə tərtib olunduğu qeyd olunub. İlk planın hazırlanmasına 6 ölkədən 150 ekspert cəlb olunub. Hazırda mövcud plan yenidən nəzərdən keçirilərək növbəti 20 il üçün ekspertlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə təbiətin ekoloji mühafizəsi üçün yeni ekoloji mühafizə planı tərtib olunur.

Tədbir iyunun 30-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR