“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri Old Traffordda təlim keçiblər

“Mançester Yunayted” Yay Futbol Məktəbinin qalibləri Old Traffordda təlim keçiblər
# 23 iyul 2014 13:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin AFFA ilə birlikdə həyata keçirdiyi “Mançester Yunayted” Yay Futbol Məktəbinin bu ilki 32 iştirakçısı arasından seçilən 5 nəfər Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində təlim keçirlər.

Bakcell-dən “APA-Economics”ə veriəln məlumata görə, AFFA-nın Elit Məşq layihəsinin koordinatoru İlham Əzizzadə və "Futbol Bakcell ilə" layihəsinin koordinatoru Kamal Tağızadənin müşayiəti ilə İngiltərəyə yola düşən Əli Abbasov, Duraxan Dövlətxanov, Zərrər Məmmədov, Ramin Nəsirli və Vəliəhd Səmədov digər ölkələrdən olan digər uşaqlar ilə birlikdə təlim- məşq toplanışlarında müxtəlif biliklərə yiyələnirlər.

Xatırladaq ki, ötən il Mançesterdə olan azərbaycanlı iştirakçılardan biri - Tamerlan Rizvanov xüsusi nəticə nümayiş etdirərək “Mançester Yunayted” Yay Futbol Məktəblərinin “World Skills” finalına qədər yüksəlmişdi.

Qeyd edək ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançester Futbol Məktəbi” dünya futboluna Devid Bekhem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib.

Azərbaycanın futbol üzrə milli komandalarının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım tərəfdaşı olan Bakcell ölkəmizdə futbolun inkişafını dəstəkləyir. Bakcell inanır ki, Azərbaycanda böyük futbol potensialı var və bu potensial ölkə futbolunu irəliyə aparmağa qadirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR