Bank Of Baku

Gürcüstanın keçmiş Baş naziri hüquq müdafiəçisinin ölümü ilə bağlı istintaqa cəlb olunub

Gürcüstanın həbsdə olan sabiq Baş naziri İrakli Qaribaşvili

© APA | Gürcüstanın həbsdə olan sabiq Baş naziri İrakli Qaribaşvili

# 03 sentyabr 2026 17:39 (UTC +04:00)

Gürcüstanın həbsdə olan sabiq Baş naziri İrakli Qaribaşvili hüquq müdafiəçisi Lazare Corbenadzenin ölümü ilə bağlı istintaqa cəlb edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin nümayəndələri keçmiş hökumət başçısının saxlanıldığı Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisəyə daxil olublar.

İrakli Qaribaşvili bu yaxınlarda yaydığı müraciətdə Lazare Corbenadzenin intiharının əsl səbəbinə diqqət çəkməsi ilə bağlı dindirilir.

Qeyd edək ki, Gürcüstanın Baş Prokurluğu hüquq müdafiəçisinin bu ilin aprelin 4-də intihar etməsi faktının təsdiqləndiyini bildirib. İstintaq çərçivəsində İrakli Qaribaşvili ilə yanaşı bir neçə müxalifətçinin də dindiriləcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR