Avropa Voleybol Konfederasiyasının prezidenti və vitse-prezidentləri Azərbaycana gəlir

Avropa Voleybol Konfederasiyasının prezidenti və vitse-prezidentləri Azərbaycana gəlir
# 18 noyabr 2014 13:57 (UTC +04:00)

Bakı – APA. Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbərliyi növbəti dəfə Bakıya gəlir. Apasport.az saytının məlumatına görə, CEV-in prezidenti Andre Meyer, vitse-prezidentlər Yan Xronik, Aleksandr Borişiç (həmçinin FİVB-in vitse-prezidenti) və Avropa Çimərlik Voleybolu Federasiyasının (CEV-in tərkibində) prezidenti Renato Arena paytaxtımızda işgüzar səfərdə olacaqlar.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasın qatılacaq rəsmi şəxslər Bakı-2015-ə hazırlıqlarla da maraqlanacaqlar. CEV rəhbərliyi, həmçinin Azərbaycan Voleybol Federasiyası ilə bir sıra görüşlər keçirərək, Avropa Oyunlarında yarışların təşkili ilə bağlı öz məsləhətlərini verəcək.

Qeyd edək ki, Avropa Oyunlarına voleybolla yanaşı, çimərlik voleybolu da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR