NATO baş katibi: “Rusiyanın Avropada adi silahlar haqqında Müqavilədən çıxmasından məyusuq”

NATO baş katibi: “Rusiyanın Avropada adi silahlar haqqında Müqavilədən çıxmasından məyusuq”
# 11 mart 2015 11:59 (UTC +04:00)

Bakı – APA. “Rusiyanın Avropada adi silahlar haqqında Müqavilə üzrə birgə məşvərət qrupundan çıxmaq qərarından məyusuq”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinqdə bəyan edib.

O bildirib ki, silahların azaldılması üzrə məsləhətləşmələrin aparılması vacibdir.

Moskvada isə növbəti dəfə Avropada adi silahlara nəzarət üzrə yeni sazişin hazırlanması ilə bağlı danışıqlara hazır olduqlarını bəyan ediblər. Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və nəzarət departamentinin direktoru Mixail Ulyanov bildirib ki, Moskvanın Avropada adi silahlar haqqında Müqavilədən çıxması Avropadakı hərbi-siyasi landşafta təsir etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR