Paşha Bank
Bank Of Baku

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir
# 13 oktyabr 2026 19:05 (UTC +04:00)

Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığını iddia edir.

Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, sentyabrın 23-də Polşanın paytaxtı Varşavadan təxminən 40 kilometr cənubda yerləşən Vola Krobovska qəsəbəsində “Starlink” peyk rabitəsi infrastrukturuna qəsdən od vurulması ilə bağlı iki Türkiyə vətəndaşı Almaniyada saxlanılıb.

Polşanın kəşfiyyat xidmətlərinə nəzarət edən naziri Tomaş Semonyak insidentin arxasında Rusiyanın xüsusi xidmət orqanlarının dayandığına şübhə etmədiklərini bildirib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatı təxribatlar üçün getdikcə daha çox cinayətkar dairələrlə əlaqəsi olan şəxslərdən istifadə edir.

Polşanın Baş naziri Donald Tusk isə hadisəni hibrid müharibənin növbəti aktı adlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR