Ermənistanda müxalifətçi naməlum şəxslərin hücumuna məruz qalıb

Ermənistanda müxalifətçi naməlum şəxslərin hücumuna məruz qalıb
# 05 avqust 2016 09:37 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Ermənistanda müxalif “Təsis parlamenti”nin üzvü Arutyun Aqlamazyan yaşadığı binanın yaxınlığında döyülüb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə zərərçəkənin atası Karen Aqlamazyan məlumat verib.

O bildirib ki, oğlu Ermənistan Xüsusi İstintaq Xidmətindən evə qayıdarkən döyülüb.

“Arutyun zəng edərək evə gəldiyini söylədi və mən onu qarşılamağa çıxdım. Elə binanın yaxınlığında 3 nəfər ona yaxınlaşaraq Arutyun olub-olmadığını soruşublar. Hə cavabını aldıqdan sonra onu döyməyə başladılar”.

H. Aqlamazyanın sözlərinə görə, hazırda oğlu xəstəxanada müayinə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR