Türkiyədə Azərbaycan da daxil olmaqla 22 ölkənin hərbi məktəblərinin iştirak etdiyi xüsusi təlimlər keçirilib

Türkiyədə Azərbaycan da daxil olmaqla 22 ölkənin hərbi məktəblərinin iştirak etdiyi xüsusi təlimlər keçirilib
# 14 avqust 2015 13:59 (UTC +04:00)

APA-nın trthaber.com-a istinadən verdiyi xəbərə görə, İzmirdə keçirilən təlimlərdə 22 ölkənin hərbi məktəblərinin kursantları iştirak edib.

Təlimlərə Azərbaycan, Banqladeş, Braziliya, Əlcəzair, Gürcüstan, İspaniya, Qətər, Qazaxıstan, Koreya Respublikası, Kosova, Macarıstan, Makedoniya, Mali, Moldova, Pakistan, Portuqaliya, Rumıniya, Rusiya, Seneqal, Türkmənistan, Ukrayna və İordaniyadan 22-si zabit, 62-si şagird olmaq üzrə 84 nəfər qatılıb.

Tədbir 4 gün davam edib.

Kursantlar komandalara bölünərək müxtəlif atış təlimləri həyata keçirib. Şərti partlayışlar zamanı onlar öz məharətlərini göstəriblər. Bundan başqa, kəndir çəkmə yarışması təşkil olunub, kursantlar körpüdən dənizə atlayaraq sağ qalmağı məşq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR