Almaniya kansleri Fridrix Merz ölkənin sənaye sektorunda çoxsaylı iş yerlərinin itirildiyini bildirib.
Bu barədə DPA agentliyi məlumat yayıb.
“Hazırda sənayedə böyük həcmdə iş yerləri itiririk”, – Merz Hannover yaxınlığındakı Langenhagen şəhərində Xristian Demokrat İttifaqının seçki tədbirində çıxışı zamanı deyib.
Kansler bu tendensiyanın qarşısının alınmasının vacibliyini vurğulayaraq Almaniyanın sənaye ölkəsi olaraq qalmalı olduğunu bildirib.
“Allianz Trade” kredit sığortası şirkətinin araşdırmasına görə, 2026-cı ilin ilk yarısında Almaniyada illik dövriyyəsi ən azı 50 milyon avro olan 30-dan çox şirkət müflis olub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Son illərdə Almaniya iqtisadiyyatı uzunmüddətli çətinliklərlə üzləşib. İqtisadi problemlər əvvəlcə COVID-19 pandemiyası dövründə yaranıb, daha sonra Rusiyadan qaz tədarükünün dayandırılmasından sonra daha da dərinləşib.