SOCAR İran Milli Neft Şirkəti və İranın Ofşor Neft Şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb

SOCAR İran Milli Neft Şirkəti və İranın Ofşor Neft Şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb
# 28 aprel 2015 12:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu günlərdə İran Milli Neft Şirkətinin dəvəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti İranda səfərdə olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, İranın Ofşor Neft Şirkətinin və Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə keçirilmiş “Texnologiyaların transferi” mövzusunda görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilmiş, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Qeyd olunub ki, bu ilin fevral ayında İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun əməkdaşlarından ibarət nümayəndə heyəti SOCARın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə aparılmış danışıqlarda əməkdaşlıq perspektivləri, xüsusilə İranın neft yataqlarında SOCAR-ın nanotexnologiyalarından istifadə məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin daha da dərinləşməsinin vacibliyi önə çəkilib.

İran səfərinin sonunda bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı SOCAR-ın “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR