Ukrayna hökuməti Kommunist Partiyasının fəaliyyətinin qadağan olunması barədə məhkəmə iddiası qaldırıb

Ukrayna hökuməti Kommunist Partiyasının fəaliyyətinin qadağan olunması barədə məhkəmə iddiası qaldırıb
# 08 iyul 2014 13:01 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ədliyyə Nazirliyi Kommunist Partiyasının fəaliyyətinin qadağan olunması barədə Kiyev İnzibati Dairə Məhkəməsində iddia qaldırıb. APA-nın xəbərinə görə, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb. Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı ədliyyə naziri Pavel Petrenko xüsusi brifinq keçirəcək.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Valentin Nalivayçenko Kommunist Partiyasının separatçı fəaliyyətinə dair sübutları Ədliyyə Nazirliyinə təqdim etdiklərini açıqlayıb. KP-nin xüsusən Donetsk və Luqansk vilayətlərindəki yerli təşkilatlarının separatçılara açıq dəstək verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR