Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə ümumxalq şənliyində iştirak edib - VİDEO

Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə ümumxalq şənliyində iştirak edib - <span style="color: red;">VİDEO
# 19 mart 2015 09:13 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Novruz şənliyində iştirak ediblər.


Dövlət başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli uşaqlar prezident İlham Əliyevi və xanımını Novruz bayramı münasibətilə təbrik ediblər.


Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.


Sonra Azərbaycan prezidenti və ailə üzvləri Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.


Dövlət başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar.


Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxıblar. Azərbaycan prezidenti İlham Əliyev və Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR