BMT Suriyada törədilən ikiqat terror aktını pisləyib

BMT Suriyada törədilən ikiqat terror aktını pisləyib
# 02 oktyabr 2014 00:54 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Homsda baş verən iki terror aktı nəticəsində 39 nəfər ölüb, onlardan 30-u altı-doqquz yaşında uşaqlardı .

Pan Qi Mun Homsda törədilən terror aktlarını qətiyyətlə pisləyib və bunun iyrənc bir hərəkət olduğunu bildirib.

Xatırladaq ki, Suriyanın Homs şəhərində məktəblərdən birinin qarşısında minalanmış avtomobil partladılıb. Bir qədər sonra isə terrorçu-kamikadze digər məktəbin qarşısında özünü partladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR