Polşanın Çin və Rumıniyadakı səfirləri Yakub Kumox və Pavel Solox Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqədar vəzifələrini icra etməkdən imtina ediblər.
APA xəbər verir ki, diplomatlar qərarlarını “X” sosial şəbəkəsində açıqlayıblar.
Qeyd edək ki, oktyabrın 30-da Polşanın ədliyyə naziri Valdemar Jurek Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra edən Boqdan Svençkovskinin vəzifədən kənarlaşdırılması və toxunulmazlığının ləğvi üçün müraciət edib.
Məhkəmənin ətrafına əlavə polis qüvvələri cəlb olunub, etirazçılar isə polis səddini yararaq binaya daxil olmağa çalışıblar.
Hadisələrlə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.