Fransanın Van şəhərində “Azərbaycan günləri” keçiriləcək

Fransanın Van şəhərində “Azərbaycan günləri” keçiriləcək
# 01 may 2013 12:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xalqının zəngin mədəniyyətini Fransada yaxından tanıtmaq məqsədilə bu ölkənin regionlarında həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri “layihəsi çərçivəsində “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir mayın 2-3-də Van şəhərində keçiriləcək. Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar şəhərin mətbuat orqanlarında elanlar verilib. Van Azərbaycan günlərinin keçiriləcəyi 12-ci şəhər olacaq.

Səfirliyin təşəbbüsü ilə yerli qəzetlərdə Azərbaycanın Şərq və Qərb arasında körpü rolu oynaması, qədim tarixi və zəngin mədəniyyəti, Vanda təşkil olunacaq sərgi və konsert, habelə xalqımıza məxsus muğam, onun UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi barədə məqalələr dərc edilib, eyni zamanda yerli radioda Azərbaycanın mədəni irsi barədə məlumatlar səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR