“Fənərbağça” Luis Nanini transfer edib - RƏSMİ

“Fənərbağça” Luis Nanini transfer edib - <span style="color: red;">RƏSMİ
# 06 iyul 2015 13:52 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Fənərbağça” (Fenerbahçe) klubu “Mançester Yunayted”in portuqaliyalı ulduzu Luis Nanini transfer etdiyini rəsmən açıqlayıb.

APA-nın xəbərinə görə, “Fənərbağça” bu transfer üçün İngiltərə klubuna 6 milyon avro ödəyəcək. Nani ilə 3 illik müqavilə imzalanıb. Lakin oyunçuya veriləcək maaş və mükafatların həcmi açıqlanmayıb. Nani iyulun 5-də gecə İstanbula gəlib.

Luis Carlos Almeida da Cunha – Nani 1986-cı il təvəllüdlüdür. Karyerası boyunca Portuqaliyanın “Real de Massama”, “Sportinq” komandalarında və “Mançester Yunayted”də çıxış edib. Portuqaliya milli komandasında 86 dəfə forma geyib və 15 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR