Komitə: Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalıdır

Komitə: Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalıdır
# 14 iyul 2015 15:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün keçirilən müşavirədə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlarını səsləndirib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, o bildirib ki, qeydiyyatın aparılmasında “bir pəncərə” prinsipinin tətbiqi tam təmin olunmalı, vətəndaşların müraciətləri operativ həll edilməlidir.

“Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi üçün nəzarət təmin olunmalıdır. Mühafizə zonalarında torpaq sahələrindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması üzrə ardıcıl nəzarət tədbirləri həyata keçirilməlidir. Mobil ofis xidməti, “Kütləvi çıxarış” kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində keyfiyyət və vətəndaş məmnunluğunun yüksəldilməsi təmin edilməlidir”, - deyə komitə sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR