Bank Of Baku

Rutte: Rusiya Ukraynaya dəstəyimizi zəiflətmək cəhdində uğursuzluğa düçar olur

NATO-nun Baş katibi Mark Rutte

© APA | NATO-nun Baş katibi Mark Rutte

# 29 sentyabr 2026 15:01 (UTC +04:00)

Rusiya NATO müttəfiqlərinə qarşı düşmənçilik xarakterli hərəkətlər kampaniyasını davam etdirir.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Litvanın Baş naziri ilə Brüsseldə keçirilən birgə mətbuat konfransında deyib.

“Rusiya NATO müttəfiqlərinə qarşı ehtiyatsızlıqla düşmənçilik xarakterli hərəkətlər kampaniyasını davam etdirir. O, bizim qətiyyətimizi zəiflətməyə və Ukraynaya dəstəyimizi dayandırmağa çalışır. Lakin Rusiya uğursuzluğa düçar olur”, – Rutte bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada döyüş meydanında uğursuzluğa düçar olur və müttəfiqlərin birliyini, eləcə də Ukraynaya dəstəyini zəiflətmək cəhdində də uğursuz olur.

“Moskvaya mesajımız aydındır: biz Ukrayna üçün daha çox iş görəcəyik, daha az deyil”, - NATO Baş katibi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR